İspaniya millisinin baş məşqçisi: “Bu, turnirin ən çətin qrupudur – ölüm qrupu”

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente komandasının 2024-cü il Avropa çempionatında İtaliya, Xorvatiya və Albaniya yığmaları ilə eyni qrupda yer almasına münasibət bildirib.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, rəqibləri haqda bunları deyib:

“Əlbəttə, bu, turnirin ən çətin qrupudur – ölüm qrupu. Bu, bizdən əlimizdən gələni etməyi tələb edəcək. Lakin İspaniya millisi özünü güclü hiss edir, ona görə də, əminəm ki, rəqiblərimiz də bədbəxtdir.

Heç kim İtaliya yığmasının öz qrupunda olmasını istəməz, çünki onlar əla komandadırlar.

Xorvatiya millisi də bu illər ərzində əla nəticələr əldə edib, heyətində əla oyunçular var.

Albaniya yığmasına gəlincə, bu komanda seçmə mərhələdə qrupda birinci yeri tutub. Yaxşı bir başlanğıc etməliyik”.

AÇ-2024-ün final mərhələsi 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin oyunlarına 10 şəhərin 10 stadionu ev sahibliyi edəcək. İtaliya millisi Avropa çempionatının son qalibidir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button