“Bu tempdə davam etsək, çempion olacağıq” – Mamadu Kane

“Neftçi”nin futbolçusu Mamadu Kane Premyer Liqanın 22-ci turu çərçivəsində qarşılaşdıqları “Keşlə” üzərində qələbəni (1:0) dəyərləndirib.

Komanda.az xəbər verir ki, qvineyalı yarımmüdafiəçi klubun rəsmi saytına açıqlamasında komandasının qalib gələcəyinə inandığını bildirib:

“Yaxşı oynadıq. Qələbə qazanmağa çalışırdıq. Bunun üçün əlimizdən gələni etdik və çox şadam ki, buna nail olduq. Yaxşı komandamız var. Bir ailə kimiyik. Əhval-ruhiyyə də yüksək səviyyədədi. Rahat idim, 3 xal qazanacağımıza inanırdım. Bu tempdə davam etsək, növbəti oyunlarda da qalib gəlib, çempion olacağıq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button