“Ən yaxşı komanda olduğumuzu göstərməliyik” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta UEFA Avropa Liqasının “Sportinq”lə oyunundan sonra (2:2) açıqlama verib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, oyun sistemində dəyişiklik etdiyini vurğulayıb:

“Biz rəqibin oynaması üçün çoxlu imkanlar yaratdıq. Cərimə meydançamızda tez-tez ötürmələr etdik. Uzun müddət oyuna nəzarət bizim tərəfimizdə idi. Son zərbələri dəqiq yerinə yetirə bilmədik.

Dörd əsas hücumçumuz bizə kömək edə bilmir. Bu səbəbdən, heç-heçəni qəbullanırıq. Oyun sistemimizdə dəyişiklik etməli olduq. Pis alınmadı, futbolçularım yaxşı çıxış etdilər. Cavab oyununu evdə keçirəcəyik. Ən yaxşı komanda olduğumuzu göstərməliyik”.

“Arsenal” – “Sportinq” cütünün cavab qarşılaşması martın 16-da baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button