“Bu qərar mənə “Barselona”dan qisas almağa imkan verdi” – Suares

Luis Suares keçmiş klubu “Atletiko”da oynaması ilə bağlı xatirələrini bölüşüb.

Komanda.az “İnfobae”-yə istinadən xəbər verir ki, uruqvaylı forvard Madrid təmsilçisinə keçidinin sabiq klubu “Barselona”dan qisas almasına imkan verdiyini deyib:

“İçimdən bir səs mənə “Atletiko”ya getməli olduğumu söylədi. Sonradan bu qərar mənə “Barselona”dan qisas almağa imkan verdi. La Liqada Suaresin hələ də var olduğunu hər kəsə göstərə bildim”.

Suares “Atletiko”da 2 mövsümdə (2020/2021,2021/2022), 83 matçda 34 qol vurub və 5 qolun ötürməsini verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button