“Küçələrdə gəzmək, çimərliklərdə əylənmək üçün “Barselona”da qalmaq istəmirəm”

Bu mövsüm “Barselona”da az şans qazanan İvan Rakitiç maraqlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, xorvat yarımmüdafiəçi, gələcəyi haqda da danışıb:

“Daha çox oynamaq istəyirəm. Bu vəziyyəti dəyişmək üçün əlimdən gələni edəcəm. İki illik müqaviləm var və oynamaq üçün “Barselona”dan daha yaxşı komanda yoxdur.

“Barselona”nı çox sevirəm, ancaq meydanda daha çox olmalıyam. Küçələrdə gəzmək, çimərliklərdə əylənmək üçün “Barselona”da qalmaq istəmirəm”.

2014-cü ildən “Barselona”da forma geyinən Rakitiçin müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdir. Xorvat yarımmüdafiəçi bu mövsüm 6 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button