ÇL: “İlk hissədən sonra qol buraxmaq ayıb idi” – Tuxel

“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Kopenhagen” üzərində qazanılan qələbəni (2:1) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, rəqib komandanın yaxşı müdafiə olunduğunu deyib:

“Çox çətin matç oldu. Rəqib çox möhkəm və yığcam müdafiə olundu, müdafiəni yarmaq çətin idi. Oyuna nəzarət edirdik, qapımızın qarşısında demək olar ki, heç nə yaratmadılar. Ona görə də, ilk hissədən sonra qol buraxmaq ayıb idi. Bu, hər şeyi çox çətinləşdirdi, lakin biz geri dönə bildik. Ona görə də, bu matçı uğurlu hesab edə bilərik”.

“Bayern” 6 xalla A qrupuna başçılıq edir. “Kopenhagen” 3-cü yerdədir (1 xal).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button