“Bu oyunda həm də Messi-Poqba mübarizəsi olacaq” – İbrahimoviç

Hazırda “Los Anceles Qalaksi”də forma geyinən Zlatan İbrahimoviç, Çempionlar Liqasının 1/4  final mərhələsi çərçivəsində keçiriləcək “Mançester Yunayted” – “Barselona” matçı ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, hər iki komandanın şərəfini qorumuş futbolçu, matçda Lionel Messi-Pol Poqba mübarizəsinin olacağını deyib:

“İki möhtəşəm komanda arasında çox maraqlı oyunun olacağını düşünürəm. Böyük keçmişi olan iki klubun qarşılaşmasını izləmək hər zaman insana böyük zövq verir. Həm “Barselona”da, həm də “Mançester Yunyated”də yaxşı futbolçular var.

Messi hər oyunda fərq yarada bilir, Poqba da bunu bacarır. Bu oyunda həm də Messi-Poqba mübarizəsi olacaq”.

İsveçli futbolçu “Barselona”da 2009-2010, “Mançester Yunayted”də isə 2016-2018-ci illərdə forma geyinib.

“Mançester Yunayted” – “Barselona” matçı bu gün, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button