“Barselona”nın yeni “9 nömrə”yə ehtiyacı var” – Luis Suares

“Barselona”nın futbolçusu Luis Suares İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan uruqvaylı forvard, “Barselona”nın gənc hücumçuya ehtiyacının olduğunu deyib:

“Barselona”nın yeni “9 nömrə”yə ehtiyacı var. Artıq 32 yaşdayam, yanvarda isə 33 olacaq. Gənc hücumçu transfer etmək lazımdır. Bu, mənimlə rəqabət üçün deyil, komandanın gələcəyi üçün lazımdır”.

2014-cü ildən “Barselona”da çıxış edən Suares, son mövsümdə La Liqada 21 qol vurub. Onun Kataloniya təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button