“Bu klubda fəaliyyətimi davam etdirməyə hazıram” – Alleqri

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri gələcək taleyi ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, Turin təmsilçisində fəaliyyətini davam etdirməyə hazır olduğunu deyib:

“Yuventus” rəhbərliyi ilə müqaviləmə xitam verilməsi barədə danışıqlar aparmamışam. Bu klubda fəaliyyətimi davam etdirməyə hazıram. Yeni oyunçular transfer etmək üçün plan cızıram”.

“Qoca sinyora” 2022/23 mövsümündə İtaliya A Seriyasını 62 xalla 7-ci pillədə başa vurub. Onlar Avropa Konfrans Liqasında mübarizə aparacaqlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button