“Bu il Çempionlar Liqasında fantastik çıxış etdik” – Şmidt

“Benfika”nın baş məşqçisi Rocer Şmidt UEFA Çempionlar Liqasının 1/4 finalının “İnter”lə cavab qarşılaşmasını (3:3) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, cari mövsümdə qitənin ən nüfuzlu klub turnirində fantastik çıxış etdiklərini bildirib:

“Bu il Çempionlar Liqasında fantastik çıxış etdik. 14 qarşılaşmada meydana çıxdıq və cəmi bir dəfə məğlub olduq. Uduzduğumuz matçda isə intensiv çıxış edə bilməmişdik.

Bu gün meydançada gördüklərim xoşuma gəldi. Komandam özünə inanırdı. Futbolçularım təslim olmurdular, hətta 1:3 hesabı ilə geridə olanda belə”.

İki görüşün nəticəsinə əsasən, “Benfika” İtaliya klubuna 3:5 hesabı ilə uduzub və turnirlə vidalaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button