“Bu gün yenidən “Mançester Yunayted” olduğumuzu göstərdik”

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində səfərdə PSJ-yə qalib gələn (2:1) “Mançester Yunayted”in qapıçısı David de Xea açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispaniyalı qolkiper, oyundan məmnun qaldığını bildirib:

“Bu qələbə eyni ruhda davam etməyimiz üçün bizə inam verir. Qarşıda vacib oyunlarımız var, qalib gəlməyə davam etməliyik. Bu stadiona bağlı xoş xatirələrimiz vardı. Bu gün yenidən “Mançester Yunayted” olduğumuzu göstərdik. PSJ kimi böyük komandaları məğlub edə bilərik. Yaxşı oynayıb, real şanslar yaradırıq.

Bütün futbolçular və komanda ilə fəx edirəm. Belə oyun üçün həqiqətən xoşbəxtəm. Komandaya kömək etmək üçün burdayam və bu gün digər bütün futbolçular kimi yaxşı oyun göstərdim”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button