“Qarabağ”dan “Bazel”ə qolsuz futbol dərsi

Bu gün UEFA Konfrans Liqasında qrup mərhələsinin ilk oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da ilk oyununa bu gün çıxıb. Ağdam təmsilçisi Bakıda İsveçrənin “Bazel” komandasını qəbul edib. Bakı Olimpiya stadionunda keçirilən görüşə saat 20:45-də start verilib. Qarşılaşma qolsuz başa çatıb.

“Qarabağ” Konfrans Liqasının H qrupunda “Bazel”lə yanaşı, “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) ilə mübarizə aparacaq.

Qrupun digər matçında “Kayrat” doğma meydanda “Omoniya”nı qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb.

Konfrans Liqası, qrup mərhələsi, 1-ci tur

16 sentyabr

Kayrat (Qazaxıstan) – Omoniya (Kipr) 0:0
Baş hakim: Sergey Boyko (Ukrayna)

Qarabağ – Bazel (İsveçrə) 0:0
Baş hakim: Erik Lambrexts (Belçika)

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Malinovski, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.
Bazel: 1. Haynts Lindner, 4. Eray Cömert, 7. Paytim Kasami, 10. Artur Kabral, 14. Valentin Stokker, 19. Darian Males, 21. Andi Pelmard, 22. Serxio Lopes, 23. Vauter Burger, 27. Dan Ndoye, 28. Raul Petretta.
Ehtiyat oyunçular: 13. Corce Nikoliç, 46. Feliks Gebhardt, 5. Mixael Lanq, 17. Liam Millar, 24. Tisian Tuşi, 29. Adrian Durrer, 30. Tomas Tavares, 34. Taulant Caka, 35. Matias Palasios, 40. Liam Çipperfild, 96. Joelson Fernandes.
Baş məşqçi: Patrik Rahmen.