Çempionlar Liqasının finalında İngiltərə derbisi!

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, İngiltərənin “Mançester Siti” komandası doğma meydanda Fransa PSJ-sini qəbul edib. “Etihad” stadionunda keçirilən görüşə saat 23:00-da start verilib. “Mançester Siti”nin heyətində ciddi itki yox idi. PSJ-də isə Xuan Bernat zədə, İdrissa Qeye isə qırmızı vərəqə səbəbiylə bu oyunu buraxırdı. Paris komandasının hücumçusu Kilian Mbappenin də bu görüşdə iştirakı sual altındaydı. Komandalar arasında baş tutan ilk görüşdə “Mançester Siti” 2:1 hesablı qələbə qazanmışdı. Cavab görüşündən də qalib ayrılan İngiltərə təmsilçisi ilk finalçı olub.

Yarımfinalın digər görüşü bu gün keçirilib. İngiltərənin “Çelsi” komandası doğma meydanda İspaniya “Real”ını qəbul edib. “Çelsi”də Mateo Kovaçiç, “Real”da isə Dani Karvahal və Lukas Vaskes zədə səbəbindən bu matçı buraxıb. Komandalar arasında İspaniyada baş tutan ilk oyun qollu bərabərliklə bitmişdi – 1:1. Cavab görüşündə isə İngiltərə təmsilçisi inamlı qələbə qazanaraq finala yüksəlib.

Beləliklə, mayın 29-da İstanbulda keçiriləcək final görüşündə iki İngiltərə klubu – “Çelsi” və “Mançester Siti” qarşılaşacaq.

Çempionlar Liqası, yarımfinal mərhələsi, cavab oyunları

4 may

Mançester Siti (İngiltərə) – PSJ (Fransa) 2:0
Qol: Mahrez, 11; 63.
Baş hakim: Byörn Kuypers (Niderland)
İlk oyun – 2:1

Mançester Siti: Ederson, Kayl Uolker, Ruben Dias, Con Stounz, Aleksandr Zinçenko, Fernandinyo, İlkay Gündoğan, Kevin de Bruyne, Bernardo Silva, Riyad Mahrez, Fil Foden.
PSJ: Keylor Navas, Alessandro Florensi, Markinyos, Presnel Kimpembe, Abdu Diallo, Ander Errera, Leandro Paredes, Marko Verratti, Anxel Di Mariya, Neymar, Mauro İkardi.

5 may

Çelsi (İngiltərə) – Real (İspaniya) 2:0
Qol:
Verner, 28. Maunt, 85.
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun – 1:1

Çelsi: Eduard Mendi, Andreas Kristensen, Tyaqo Silva, Antonio Rudiger, Sesar Aspilikueta, Nqolo Kante, Jorjinyo, Ben Çiluell, Kay Haverts, Meyson Maunt, Timo Verner.
Real: Tibo Kurtua, Ferlan Mendi, Serxio Ramos, Eder Militao, Naço, Luka Modriç, Kazemiro, Toni Kroos, Eden Hazard, Kərim Benzema, Vinisius Junior.