“Napoli”ni dayandıran tapıldı, “İnter”lə “Yuventus”dan heç-heçə

Futbol üzrə İtaliya A Seriyasında 9-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun açılış matçında “Torino” doğma meydanda “Cenoa” ilə qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda meydan sahibləri qələbəyə seviniblər. “Spetsiya” isə səfərdə “Sampdoriya”nın qonağı olub. Bu oyun da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü üç görüş baş tutub. “Salernitana” evdə “Empoli”yə uduzub. “Sassuolo” isə “Venetsiya”nı məğlub yola salıb.

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Milan”ın rəqibi “Bolonya” olub. Altı qolun qeydə alındığı bu oyunda milanlılar inamlı qələbəyə seviniblər.

Lider “Napoli” bu turda çətin “Roma” səfərinə yollanıb və cari mövsümdə ilk dəfə xal itirib. Turun mərkəzi görüşü Milanda keçirilib. Son çempion “İnter” doğma meydanda “Yuventus”un müqavimətini qırmağa çalışıb. Bu oyunda da qalib müəyyənləşməyib.

İtaliya A Seriyası, 9-cu tur

22 oktyabr

Torino – Cenoa 3:2
Qol
: Sanabriya, 14. Pobeqa, 31. Brekalo, 77 – Destro, 70. Kaysedo, 81.

Sampdoriya – Spetsiya 2:0
Qol
: Qyasi, 15-öz qapısına. Kandreva, 36.

23 oktyabr

Salernitana – Empoli 2:4
Qol
: Ranyeri, 48. İsmayli, 55-öz qapısına – Pinamonti, 2; 45-pen. Kutrone, 11. Stranberq, 13-öz qapısına.

Sassuolo – Venetsiya 3:1
Qol
: Berardi, 3. Henri, 50-öz qapısına. Frattesi, 67 – Okereke, 32.

Bolonya – Milan 2:4
Qol
: İbrahimoviç, 49-öz qapısına. Berrou, 52 – Leao, 16. Kalabriya, 35. Bennaser, 84. İbrahimoviç, 90.

24 oktyabr

Atalanta – Udineze 1:1
Qol
: Malinovski, 56 – Beto, 90+3.

Fiorentina – Kalyari 3:0
Qol
: Biraqi, 21. N.Qonsales, 42. Vlahoviç, 49.

Verona – Latsio 4:1
Qol
: Simeone, 30; 36; 62; 90+1 – İmmobile, 46.

Roma – Napoli 0:0

İnter – Yuventus 1:1
Qol
: Dzeko, 17 – Dibala, 89.

Bombardir: Çiro İmmobile (Latsio), Edin Dzeko (İnter) – 6 qol.