“Qarabağ”ın rəqibi “Real”a evdə uduzdu

İspaniya La Liqasında 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Betis” səfərdə “Osasuna” ilə qarşılaşıb. Bu oyunda qapılara qol vurulmayıb.

“Baselona” bu turda “Qranada”, “Atletiko” isə “Selta” ilə üz-üzə gəlib. Kataloniya təmsilçisinin məğlub olduğu gündə Madrid təmsilçisi də xal itkisi ilə üzləşib.

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sevilya” klubu isə doğma meydanında “Real”ı qəbul edib. Qarşılaşma Madrid təmsilçisinin qələbəsiylə yekunlaşıb.

İspaniya La Liqası, 5-ci tur

20 sentyabr

Osasuna – Betis 0:0

21 sentyabr

Vilyarreal – Valyadolid 2:0
Qol
: Kasorla, 77-pen. Ontiveros, 89.

Levante – Eybar 0:0

Atletiko – Selta 0:0

Qranada – Barselona 2:0
Qol
: Aziz, 2. Vadilyo, 65-pen.

22 sentyabr

Xetafe – Malyorka 4:2
Qol
: Baba, 7-öz qapısına. Molina, 33. Nyom, 63. Anxel, 84 – Budmir, 70; 77.

Espanyol – Real Sosyedad 1:3
Qol
: Zaldua, 71-öz qapısına – V.Xose, 18; 34. İsak, 75.

Valensiya – Leqanes 1:1
Qol
: Parexo, 21-pen – Oskar, 35.

Atletik – Alaves 2:0
Qol
: R.Qarsiya, 38-pen. Muniain, 72.

Sevilya – Real 0:1
Qol
: Benzema, 64.

Bombardir: Gerard Moreno (Vilyarreal), Kərim Benzema (Real) – 5 qol.