“Liverpul”la “Mançester Siti”dən heç-heçə

Futbol üzrə İngiltərə Premyer Liqasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun əksər matçları ilk oyun gününə təsadüf edib. Açılış matçında “Mançester Yunayed” “Old Trafford”da “Everton”u qəbul edib. Bu qarşılaşma Azərbaycanda “İctimai” TV telekanalında canlı yayımlanıb. Qarşılaşma isə heç-heçə bitib.

Ötən tur “Mançester Siti”yə uduzan “Çelsi” bu dəfə “Sauthempton”u sınağa çəkib və inamlı qələbəyə sevinib. “Arsenal” mövsümün uğurlu komandalarından “Brayton”la qarşılaşıb və qolsuz bərabərliklə kifayətlənib.

Turun mərkəzi görüşündə lider “Liverpul” ən yaxın izləyicisi “Mançester Siti”nin müqavimətini qırmağa çalışıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

İngiltərə Premyer Liqası, 7-ci tur

2 oktyabr

Mançester Yunayted – Everton 1:1
Qol
: Marsyal, 43 – Taunsend, 65.

Bernli – Norviç Siti 0:0

Vulverhempton – Nyukasl 2:1
Qol
: Hvanq, 20; 58 – Hendrik, 41.

Lids – Uotford 1:0
Qol
: Lyorente, 18.

Çelsi – Sauthempton 3:1
Qol
: Çaloba, 9. Verner, 84. Çiluell, 89 – Uord-Prauz, 61-pen.

Brayton – Arsenal 0:0

3 oktyabr

Vest Hem – Brentford 1:2
Qol
: Bouen, 80 – Mbeumo, 20. Vissa, 90+4.

Kristal Pelas – Lester Siti 2:2
Qol
: Olise, 61. Şlupp, 72 – İheanaço, 31. Vardi, 37.

Tottenhem – Aston Villa 2:1
Qol
: Hoybyerq, 27. Targett, 71-öz qapısına – Uotkins, 67.

Liverpul – Mançester Siti 2:2
Qol
: Mane, 59. Salah, 76 – Foden, 69. De Bruyne, 81.

Bombardir: Ceymi Vardi (“Lester”), Məhəmməd Salah (“Liverpul”) – 6 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button