“Mançester Yunayted”lə “Tottenhem”ə 1 qol bəs etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub. Turun açılış matçında “Mançester Siti” doğma meydanda “Arsenal”ı qəbul edib. “Şəhərlilər” bu görüşdə 5 cavabsız qolla qalib gəliblər.

Turnir cədvəlinin lideri “Vest Hem” bu turda “Kristal Pelas”ı sınağa çəkib. Dörd qolun qeydə alındığı bu matç heç-heçə bitib. Turun mərkəzi görüşü Mersisaydda keçirilib. “Liverpul” Tomas Tuxelin rəhbərlik etdiyi “Çelsi”nin müqavimətini qırmağa çalışıb. Amma bu görüşdə də qalib müəyyənləşməyib.

Heyətini Kriştiano Ronaldo ilə gücləndirən “Mançester Yunayted” səfərdə “Vulverhempton”un qonağı olub və minimal hesabla qalib gəlib. “Tottenhem” isə “Uotford”la oyundan oxşar hesabla qalib ayrılıb. “Bernli” – “Lids” matçı da heç-heçə bitib.

İngiltərə Premyer Liqası, 3-cü tur

28 avqust

Mançester Siti – Arsenal 5:0
Qol
: İ.Gündoğan, 7. F.Torres, 12; 84. Q.Jezus, 43. Rodri, 53.

Aston Villa – Brentford 1:1
Qol
: Buendia, 13 – Touni, 7.

Brayton – Everton 0:2
Qol
: Qrey, 41. Kalvert-Levin, 58.

Vest Hem – Kristal Pelas 2:2
Qol
: Fornals, 39. M.Antonio, 68 – Qallaxer, 58; 70.

Norviç – Lester Siti 1:2
Qol
: Pukki, 44 – Vardi, 8. Olbrayton, 76.

Nyukasl – Sauthempton 2:2
Qol
: Uilson, 55. Sent-Maksimin, 90 – Elyunussi, 74. Uard-Prauz, 90+6.

Liverpul – Çelsi 1:1
Qol
: Salah, 45+5-pen – Haverts, 22.

29 avqust

Bernli – Lids 1:1
Qol
: Vud, 61 – Bemford, 86.

Tottenhem – Uotford 1:0
Qol
: Son, 42.

Vulverhempton – Mançester Yunayted 0:1
Qol
: Qrinvud, 80.

Bombardir: Maykl Antonio (“Vest Hem”) – 4 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button