“Lester”dən çətin qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 33-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Arsenal” doğma meydanda “Everton”u qəbul edib. “Topçular” bu görüşdə minimal hesabla məğlub olublar.

“Liverpol” bu turda “Nyukasl”ı sınağa çəkib. Komandalar bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar. Mövsümün uğurlu komandalarından sayılan “Vest Hem” bu dəfə “Çelsi” ilə çətin oyuna çıxıb. “Zadəganlar” bu oyunda minimal hesabla üstün olublar. Premyer Liqanı tərk etməsi dəqiqləşmiş “Şeffild Yunayted” isə “Brayton”u məğlub yola salıb.

Ötən turda “Liverpul”la matçda bir xal qazanan “Lids”in bu turdakı qonağı “Mançester Yunayted” olub. Bu qarşılaşmada qapılara qol vurulmayıb.

Sonuncu oyun günündə “Lester Siti” doğma meydanda “Kristal Pelas” üzərində əzmkar qələbəyə sevinib.

Bu turun “Fulhem” – “Tottenhem” və “Mançester Siti” – “Sauthempton” matçları daha əvvəl keçirilib.

İngiltərə Premyer Liqası, 33-cü tur

23 aprel

Arsenal – Everton 0:1
Qol
: Leno, 76-öz qapısına.

24 aprel

Liverpul – Nyukasl 1:1
Qol
: Salah, 3 – Uillok, 90+5.

Vest Hem – Çelsi 0:1
Qol
: Verner, 43.

Şeffild Yunayted – Brayton 1:0
Qol
: Makqoldrik, 19.

25 aprel

Vulverhempton – Bernli 0:4
Qol
: Vud, 15; 21; 44. Vestvud, 85.

Lids – Mançester Yunayted 0:0

Aston Villa – Vest Bromviç 2:2
Qol
: El-Qazi, 9. Deyvis, 90+2 – M.Pereyra, 23. Minqs, 47-öz qapısına.

26 aprel

Lester – Kristal Pelas 2:1
Qol
: Kastan, 50. İheanaço, 80 – Zaha, 12.

Bombardir: Harri Keyn (Tottenhem) – 21 qol.