“Liverpul” doğma meydanda uduzdu

Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Turun açılış matçında cari mövsümdə qələbəsi olmayan “Şeffild Yunayted” “Nyukasl”ı qəbul edib və minimal hesabla qalib gəlib. “Vulverhempton” da doğma meydanda “Everton”la üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu görüşdə isə qonaqlar qələbəni bayram ediblər.

1-ci turdan təxirə salınmış “Bernli” – “Mançester Yunayted” matçı da baş tutub. “Qırmızı şeytanlar” bu görüşdə minimal hesabla qələbə qazanıblar.

“Mançester Siti” bu turda “Brayton”la qarşılaşıb və minimal hesabla qalib gəlib. Eyni gündə həm də 16-cı turdan təxirə salınmış “Tottenhem” – “Fulhem” görüşü baş tutub. Bu qarşılaşmada qalib müəyyənləşməyib.

“Arsenal” “Kristal Pelas”la qarşılaşıb. London klubu doğma meydanda xal itirib.

“Vest Hem” doğma meydanda “Vest Bromviç”dən üstün olub. Səfərdə “Lester”lə qarşılaşan “Çelsi” isə turu məğlubiyyətlə başa vurub.

Yanvarın 20-də “Mançester Yunayted” səfərdə “Lids”ə qalib gəlib. “Mançester Siti” isə 1-ci turdan təxirə salınmış “Aston Villa” ev oyununda inamlı qələbəyə sevinib.

Bu tur keçirilməli olan “Aston Villa” – “Tottenhem” və “Lids” – “Sauthempton” matçları təxirə salınıb.

“Liverpul” isə bu turda doğma meydanda “Bernli” ilə qarşılaşıb və minimal hesabla məğlub olub.

İngiltərə Premyer Liqası

1-ci turun oyunu

12 yanvar

Bernli – Mançester Yunayted 0:1
Qol
: Poqba, 71.

18-ci tur

Şeffild Yunayted – Nyukasl 1:0
Qol
: Şarp, 73-pen.

Vulverhempton – Everton 1:2
Qol
: Neves, 14 – İvobi, 6. Kin, 77.

13 yanvar

Mançester Siti – Brayton 1:0
Qol
: Foden, 44.

16-cı turun oyunu

Tottenhem – Fulhem 1:1
Qol: Keyn, 25 – Kavalyero, 74.

14 yanvar

Arsenal – Kristal Pelas 0:0

19 yanvar

Vest Hem – Vest Bromviç 2:1
Qol
: Boven, 45+1. Antonio, 66 – M.Pereyra, 51.

Lester – Çelsi 2:0
Qol
: Ndidi, 6. Meddison, 41.

20 yanvar

Fulhem – Mançester Yunayted 1:2
Qol
: Lukman, 5 – Kavani, 21. Poqba, 65.

1-ci turun oyunu

Mançester Siti – Aston Villa 2:0
Qol
: B.Silva, 79. İ.Gündoğan, 90-pen.

21 yanvar

Liverpul – Bernli 0:1
Qol
: Barnes, 83-pen.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 13 qol.