“Liverpul” “Mançester Siti”yə də qalib gəldi

İngiltərə Premyer Liqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Norviç” doğma azarkeşləri qarşısında “Uotford”u qəbul edib. Autsayderlərin duelində qonaqlar inamlı qələbəyə seviniblər.

“Çelsi” bu turda “Kristal Pelas”la qarşılaşıb və inamlı qələbəyə sevinib. “Arsenal” isə çətin “Lester” səfərindən məğlub qayıdıb. “Tottenhem” də “Şeffild Yunayted”lə ev oyununda xal itkisi ilə üzləşib.

Turun mərkəzi görüşündə lider “Liverpul” ən yaxın izləyicisi “Mançester Siti” ilə münasibətlərinə aydınlıq gətirib və inamlı qələbəyə sevinib. “Mançester Yunayted” “Brayton”la qarşılaşmadan inamlı qələbə ilə ayrılıb.

İngiltərə Premyer Liqası, 12-ci tur

8 noyabr

Norviç – Uotford 0:2
Qol
: Deluofeu, 2. Qray, 52.

9 noyabr

Çelsi – Kristal Pelas 2:0
Qol
: Abraham, 52. Pulişiç, 79.

Bernli – Vest Hem 3:0
Qol
: Barnes, 11. Vud, 44. R.Ximenes, 54-öz qapısına.

Nyukasl – Bornmut 2:1
Qol
: Yedlin, 42. Klark, 52 – Uilson, 14.

Sauthempton – Everton 1:2
Qol
: İnqs, 50 – Deyvis, 4. Riçarlison, 75.

Tottenhem – Şeffild Yunayted 1:1
Qol
: Son, 58 – Baldok, 78.

Lester – Arsenal 2:0
Qol
: Vardi, 68. Maddison, 75.

10 noyabr

Mançester Yunayted – Brayton 3:1
Qol
: A.Pereyra, 17. Propper, 19-öz qapısına. Reşford, 66 – Dank, 64.

Vulverhempton – Aston Villa 2:1
Qol
: Neves, 41. R.Ximenes, 84 – Trezeqe, 90+2.

Liverpul – Mançester Siti 3:1
Qol
: Fabinyo, 6. Salah, 13. Mane, 51 – B.Silva, 78.

Bombardir: Ceymi Vardi (Lester) – 11 qol.