Futzal üzrə Avropa çempionatı başlayır – bu gün

Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinə start veriləcək.

Komanda.az xəbər verir ki, Niderlandda təşkil edilən həlledici mərhələnin ilk matçında Serbiya və Portuqaliya komandaları qarşılaşacaq. Oyun saat 20:30-da start götürəcək. Günün digər matçında ev sahibi Niderland yığması Ukraynanı sınağa çəkəcək. Sözügedən matç saat 23:30-da başlayacaq. Hər iki qarşılaşma Amsterdamdakı “Ziggo Dome” arenasında keçiriləcək.

Futzal üzrə Azərbaycan milli komandası da turnirin əsas mərhələsində iştirak edir. Yığma mübarizəyə yanvarın 22-də başlayacaq. Azərbaycan millisi yanvarın 22-də Gürcüstan, 25-də İspaniya, 29-da isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Avropa çempionatı Niderlandın iki şəhərində – Amsterdamda və Qroningendə təşkil olunacaq.