Azərbaycan kubokunu “Keşlə” qazandı

Bu gün futbol üzrə Azərbaycan kubokunun final oyunu keçirilib.

Komanda.az xəbər verir ki, həlledici matçda “Keşlə” və “Sumqayıt” komandaları üz-üzə gəlib. Oyunu FİFA referisi Əliyar Ağayev idarə edib. Saat 19:30-da, “Bank Respublika Arena”da oynanılan qarşılaşmada hesabı sumqayıtlılar açıblar. Amma qalan dəqiqələrdə iki qol vuran bakılılar əzmkar qələbə sayəsində Azərbaycan kubokunun qalibi olublar. “Keşlə” tarixində ikinci dəfə kubokun ən güclüsü olub.

Azərbaycan kuboku, final

24 may

Keşlə – Sumqayıt 2:1
Qol: Ş.Əliyev, 37. M.Boyoviç, 57 – M.Boyoviç, 3-öz qapısına.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
Ehtiyat köməkçi hakim: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Masazır. “Bank Respublika Arena”.

Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev (k), 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkbər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 2. İlkin Qırtımov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 25. Con Kamara, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev, 44. Sərcan Omarov.
Baş məşqçi: Sənan Qurbanov.
Sumqayıt: 13. Aydın Bayramov, 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Cəmaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 3. Vurğun Hüseynov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 22. Cavid İmamverdiyev, 78. Dmitri Nağıyev, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button