AÇ-2020: Almaniya Fransaya uduzdu, Portuqaliya darmadağına sevindi

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ilk turunun oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnirin açılış matçında A qrupunda yer alan İtaliya və Türkiyə milli komandaları üz-üzə gəliblər. Romada, “Olimpiko” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Qrupun digər matçında Uels və İsveçrə yığmaları Bakı Olimpiya stadionunda üz-üzə gəliblər. Oyun heç-heçə bitib.

B qrupunun da oyunları olub. Danimarka yığması Finlandiya ilə qarşlaşıb və minimal hesabla uduzub. Turnirin favoritlərindən olan Belçika yığması Rusiya millisini sınağa çəkib və darmadağına sevinib.

D qrupu çərçivəsində İngiltərə yığması Xorvatiyanı sınağa çəkib və minimal hesabla qalib gəlib. C qrupunda Avstriya Şimali Makedoniyanın, Niderland isə Ukraynanın müqavimətini qırmağa nail olub.

Dünən növbəti üç oyun keçirilib. D qrupu çərçivəsində Şotlandiya Çexiya ilə qarşılaşıb və iki cavabsız qolla uduzub. E qrupunda İspaniya İsveçin, Polşa isə Slovakiyanın müqavimətini qırmağa çalışıb. Polşalılar slovaklara uduzublarsa, ispanlar isveçlilərlə heç-heçəyə razılaşıblar.

Bu gün keçirilən F qrupunun oyunları ilə ilk tura yekun vurulub. Günün ilk matçında Macarsıtan millisi Avropa çempionatının son qalibi Portuqaliya ilə qarşılaşıb. Portuqaliyalılar darmadağına seviniblər. Turnirin favoritlərindən olan Fransa yığması isə Almaniya millisi ilə üz-üzə gəlib. Bu görüş isə fransızların qələbəsiylə yekunlaşıb.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Avropa çempionatı, qrup mərhələsi, 1-ci tur

11 iyun

A qrupu

Türkiyə – İtaliya 0:3
Qol: M.Demiral, 53-öz qapısına. Ç.İmmobile, 66. L.İnsinye, 79.

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 9. Kenan Karaman, 10. Hakan Çalhanoğlu, 11. Yusuf Yazıcı, 13. Umut Meraş, 17. Burak Yılmaz (k).
İtaliya: 21. Canluici Donnarumma, 3. Corco Kyellini (k), 4. Leonardo Spinatsola, 5. Manuel Lokatelli, 8. Jorjinyo, 10. Lorentso İnsinye, 11. Domeniko Berardi, 17. Çiro İmmobile, 18. Nikola Barella, 19. Leonardo Bonuççi, 24. Alessandro Florensi.

12 iyun

A qrupu

Uels – İsveçrə 1:1
Qol: K.Mur, 74 – B.Embolo, 49.

Uels: Denni Uord, Ben Deyvis, Co Rodon, Co Allen, Aaron Remsi, Qaret Beyl, Kiffer Mur, Konnor Roberts, Co Morrell, Ceyms, Kris Mefam.
İsveçrə: Yan Sommer, Niko Elvedi, Maneul Akanci, Fabian Şer, Rikardo Rodriqes, Keven Mbabu, Qranit Caka, Remo Froyler, Xerdan Şakiri, Haris Seferoviç, Brel Embolo.

B qrupu

Danimarka – Finlandiya 0:1
Qol: Y.Pohyanpalo, 60.

Danimarka: 1. Kasper Şmeyxel, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 10. Kristian Eriksen, 18. Daniel Vass, 19. Yonas Vind, 20. Yussuf Poulsen, 23. Pyer-Emil Heyberq.
Finlandiya: 1. Lukas Hradeçki, 2. Paulus Arajuri, 3. Daniel O’Şonessi, 4. Yoona Toivio, 6. Qlen Kamara, 8. Robin Lod, 10. Teemu Pukki, 14. Tim Sparv (k), 18. Yere Uronen, 20. Yoel Pohyanpalo, 22. Yukka Raitala.

Belçika – Rusiya 3:0
Qol: R.Lukaku, 10; 88. T.Munye, 34.

Belçika: 1. Tibo Kurtua, 2. Tobi Alderveyreld, 4. Dedrik Boyata, 5. Yan Vertongen (k), 8. Yuri Tilemans, 9. Romelu Lukaku, 11. Yannik Karrasko, 14. Dris Mertens, 16. Torqan Hazard, 19. Leander Dendonker, 21. Timoti Kastan.
Rusiya: 1. Anton Şunin, 2. Mario Fernandes, 5. Andrey Semyonov, 7. Maqomed Ozdoyev, 8. Dmitri Barinov, 11. Roman Zobnin, 14. Georgi Cikiya, 17. Aleksandr Qolovin, 18. Yuri Jijkov, 22. Artyom Dzyuba (k), 23. Daler Kuzyayev.

13 iyun

D qrupu

İngiltərə – Xorvatiya 1:0
Qol: R.Sterlinq, 57.

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 4. Deklan Rays, 5. Con Stounz, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippyer, 14. Kelvin Fillips, 15. Tayron Minqs, 19. Meyson Maunt, 20. Fil Foden.
Xorvatiya: 1. Dominik Livakoviç, 2. Şime Vrsalko, 4. İvan Perişiç, 5. Duye Çaleta-Çar, 8. Mateo Kovaçiç, 9. Andrey Kramariç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 17. Ante Rebiç, 21. Domaqoy Vida, 25. Yoşko Qvardiol.

C qrupu

Avstriya – Şimali Makedoniya 3:1
Qol: Ş.Layner, 18. M.Qreqoriç, 78. M.Arnautoviç, 89 – Q.Pandev, 28.

Avstriya: 13. Daneil Baxmann, 2. Andreas Ulmer, 3. Aleksandr Draqoviç, 4. Martin Hinteregger, 8. David Alaba (k), 9. Marsel Sabitzer, 19. Kristof Baumqartner, 21. Ştefan Layner, 23. Xavyer Şlager, 24. Konrad Laymer, 25. Saşa Kaladziç.
Şimali Makedoniya: 1. Stole Dimitrevski, 5. Ariyan Ademi, 6. Visar Musliu, 8. Ezqyan Alioski, 9. Aleksandr Traykovski, 10. Qoran Pandev (k), 13. Ştefan Ristovski, 14. Darko Velkovski, 16. Boban Nikolov, 17. Enis Bardi, 21. Elif Elmas.

Niderland – Ukrayna 3:2
Qol: C.Veynaldum, 52. V.Veqorst, 58. D.Dumfris, 85 – A.Yarmolenko, 75. R.Yaremçuk, 79.

Niderland: 1. Martin Stekelenburq, 6. Stefan de Vrey, 8. Corcinyo Veynaldum (k), 10. Memfis Depay, 12. Patrik van Aanholt, 15. Marten de Ron, 17. Deyli Blind, 19. Vaut Veqorst, 21. Frenki de Yonq, 22. Denzel Dumfris, 25. Juryen Timber.
Ukrayna: 1. Georgi Buşçan, 5. Sergey Sidorçuk, 7. Andrey Yarmolenko (k), 8. Ruslan Malinovski, 9. Roman Yaremçuk, 13. İlya Zabarnı, 16. Vitali Mikolenko, 17. Aleksandr Zinçenko, 20. Aleksandr Zubkov, 21. Aleksandr Karavayev, 22. Mikola Matviyenko.

14 iyun

D qrupu

Şotlandiya – Çexiya 0:2
Qol: P.Şik, 42; 52.

Şotlandiya: 1. David Marşall, 2. Stiven O`Donnell, 3. Endryu Robertson (k), 4. Skott Maktominay, 5. Qrant Heynli, 7. Con Makqinn, 9. Lindon Dayks, 11. Rayan Kristi, 16. Liam Kuper, 17. Stüart Artmstronq, 24. Cek Hendri.
Çexiya: 1. Tomaş Vatslik, 3. Andrey Çelustka, 5. Vladimir Çoufal, 6. Tomaş Kalas, 8. Vladimir Darida (k), 10. Patrik Şik, 12. Lukas Masopust, 14. Yakub Yankto, 15. Tomaş Souçek, 18. Yan Boril, 21. Aleks Kral.

E qrupu

Polşa – Slovakiya 1:2

Qol: K.Linetti, 46 – V.Şesnı, 18-öz qapısına. M.Şkrinyar, 69.
Qırmızı vərəqə: Q.Krıxovyak, 62 (ikinci sarı).

Polşa: 1. Voyçex Şesnı, 5. Yan Bednarek, 8. Karol Linetti, 9. Robert Levandovski (k), 10. Qreqor Krıxovyak, 13. Maçey Rıbus, 14. Mateuş Klix, 15. Kamil Qlik, 18. Bartoş Bereşinski, 20. Pyotr Zelinski, 21. Kamil Yuzvyak.
Slovakiya: 1. Martin Dubrovka, 2. Peter Pekarik, 5. Lubomir Şatka, 8. Andrey Duda, 14. Milan Şkrinyar, 15. Tomaş Huboçan, 17. Marek Hamşik (k), 18. Lukaş Haraslin, 19. Yuray Kuçka, 20. Robert Mak, 25. Yakub Hromada.

İspaniya – İsveç 0:0

İspaniya: 23. Unai Simon, 4. Pau Torres, 6. Markos Lyorente, 7. Alvaro Morata, 8. Koke, 11. Ferran Torres, 16. Rodri, 18. Jordi Alba (k), 19. Dani Olmo, 24. Aymerik Laporte, 26. Pedri.
İsveç: 1. Robin Olsen, 2. Mikael Lustiq, 3. Viktor Lindelöf, 6. Lüdviq Auqustinsson, 7. Sebastyan Larsson (k), 8. Albin Ekdal, 9. Markus Berq, 10. Emil Forsberq, 11. Aleksandr İsak, 20. Kristoffer Olsson, 24. Markus Danielson.

15 iyun

F qrupu

Macarıstan – Portuqaliya 0:3
Qol: R.Gerreyro, 84. K.Ronaldo, 86-pen; 90+2.

Macarıstan: 1. Peter Qulaçi, 4. Attila Salai, 5. Attila Fiola, 6. Villi Orban, 8. Adam Naqi, 9. Adam Salai (k), 13. Andras Şafer, 14. Gergo Lovrençiç, 15. Laslo Klaynhaysler, 20. Roland Sallai, 21. Endre Botka.
Portuqaliya: 1. Rui Patrisio, 2. Nelson Semedo, 3. Pepe, 4. Ruben Dias, 5. Rafael Gerreyro, 7. Kristiano Ronaldo (k), 10. Bernardo Silva, 11. Bruno Fernandes, 13. Danilo, 14. Vilyam Karvalyo, 21. Dioqo Jota.

Fransa – Almaniya 1:0
Qol: M.Hummels, 20-öz qapısına.

Fransa: 1. Üqo Lyoris (k), 2. Benjamin Pavar, 3. Presnel Kimpembe, 4. Rafael Varan, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Adrien Rabyo, 19. Kərim Benzema, 21. Lukas Hernandes.
Almaniya: 1. Manuel Noyer (k), 2. Antonio Rüdiger, 4. Mattias Ginter, 5. Mats Hummels, 6. Yozua Kimmix, 7. Kay Haverts, 8. Toni Kroos, 10. Serj Qnabri, 20. Robin Qosens, 21. İlkay Gündoğan, 25. Tomas Müller.

Bombardir: Romelu Lukaku (Belçika), Kriştiano Ronaldo (Portuqaliya), Patrik Şik (Çexiya) – 2 qol.