Elxan Məmmədov “Neftçi”dəki baş məşqçi dəyişikliyindən danışdı

Bu gün “Azərbaycan Radiosu”nun səhər efirinin qonağı AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov olub.

Komanda.az xəbər verir ki, yerli mütəxəssislərin Premyer Liqadakı işini müsbət amil kimi qiymətləndirən Məmmədov, “Neftçi”nin baş məşqçisi Roberto Bordinin istefası, Füzuli Məmmədovun təyinatından da danışıb:

“Xüsusilə qeyd etmək istərdim ki, Füzuli Məmmədovun təyinatı bizi sevindirir. Çünki Bordinin yanında işləyirdi. Bu da o deməkdir ki, strateji, sistemli yanaşma var. Bordin gedəndən sonra dərhal Məmmədov təyin olundu. Bu sevindirici haldır. Ümumi olaraq azərbaycanlı futbol mütəxəssisləri AFFA-da təhsil alırlar. Həmin təhsili də tətbiq etməlidirlər. Təbii ki, bu, çox vacibdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button