Bundesliqanın liderlərindən heç-heçə

Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, açılış matçında Frankfurt “Ayntraxt”ı “Auqsburq”u qəbul edib və darmadağına sevinib.

Dortmund “Borussiya”sı bu turda “Bayer” səfərinə yollanıb. Yeddi qolun qeydə alındığı bu matç dortmundluların məğlubiyyəti ilə başa çatıb.

Lider “Bavariya” isə ən yaxşı izləyicisi “Leyptsiq”lə münasibətlərinə aydınlıq gətirib. Turun mərkəzi matçında qapılara qol vurulmayıb. Son oyun gününə nəzərdə tutulan digər qarşılaşma – Münhenqladbax “Borussiya”sı ilə “Köln” arasındakı görüş isə əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Almaniya Bundesliqası, 21-ci tur

7 fevral

Ayntraxt – Auqsburq 5:0
Qol
: Çandler, 37; 48. A.Silva, 55. Kostiç, 89; 90.

8 fevral

Frayburq – Hoffenhaym 1:0
Qol
: Valdşmit, 40-pen.

Herta – Maynts 1:3
Qol
: Boyata, 84 – Kayson, 17; 82; 90+4-pen.

Şalke – Paderborn 1:1
Qol
: Kutucu, 63 – Qyasula, 81.

Verder – Yunion 0:2
Qol
: Bulter, 52; 72.

Volfsburq – Fortuna 1:1
Qol
: Steffen, 50 – Zimmermann, 13.

Bayer – Borussiya D 4:3
Qol
: Volland, 20; 43. Beyli, 81. Bender, 82 – Hummels, 2. E.Can, 33. Gerrero, 65.

9 fevral

Borussiya M – Köln matçı təxirə salınıb

Bavariya – Leyptsiq 0:0

Bombardir: Robert Levandovski (Bavariya) – 22 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button