“Şalke”dən səfərdə çətin qələbə

Almaniya Bundesliqasında 10-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Hoffenhaym” “Paderborn”u sınağa çəkib. Meydan sahibləri bu qarşılaşmada darmadağına seviniblər.

Dortmund “Borussiya”sı Bundesliqada bu mövsüm məğlubiyyət üzü görməyən “Volfsburq”u qəbul edib və darmadağınla qalib gəlib. Münhenqladbax “Borussiya”sı isə səfərdə “Bayer”lə qarşılaşıb və çətin qələbəyə sevinib.

Turun mərkəzi görüşündə “Bavariya” “Ayntraxt”la münasibətlərinə aydınlıq gətirib. Münhen təmsilçisi bu görüşdə böyük hesabla uduzub. “Leyptsiq” isə doğma meydanda “Maynts”ı 8 cavabsız qolla məğlub edib.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Fortuna” doğma meydanda “Köln” üzərində inamlı qələbəyə sevinib. Beş qolun qeydə alındığı “Auqsburq” – “Şalke” matçında qonaqlar qələbəyə sevinib.

Almaniya Bundesliqası, 10-cu tur

1 noyabr

Hoffenhaym – Paderborn 3:0
Qol
: Skov, 2. Kaderabek, 15. Lokadiya, 25.

2 noyabr

Bayer – Borussiya M 1:2
Qol
: Volland, 25 – Vendt, 18. Turam, 42.

Borussiya D – Volfsburq 3:0
Qol
: Hazard, 52. Gerrero, 58. Götse, 88.

Ayntraxt – Bavariya 5:1
Qol
: Kostiç, 25. Sou, 33. Abraham, 49. Hinteregger, 61. Pasiensiya, 85 – Levandovski, 37.

Leyptsiq – Maynts 8:0
Qol
: Sabitser, 5. Verner, 30; 48; 87. Nkunku, 35. Halstenberq, 39. Poulsen, 44. Mukiele, 50.

Verder – Frayburq 2:2
Qol
: Raşiça, 9. Gebre Selassie, 59 – Petersen, 28; 90+3.

Yunion – Herta 1:0
Qol
: Polter, 90.

3 noyabr

Fortuna – Köln 2:0
Qol
: Henninqs, 38-pen. Tommi, 61.

Auqsburq – Şalke 2:3
Qol
: Bayer, 38. Finnboqason, 60-pen – Lixştayner, 45+1-öz qapısına. O.Kabak, 71. Harit, 82

Bombardir: Robert Levandovski (Bavariya) – 14 qol.