“Bu dərsləri sürətli şəkildə öyrənməliyik” – Lempard

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Frenk Lempard UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Lill”lə keçirəcəkləri oyunla bağlı açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli mütəxəssis, oyunla bağlı bunları deyib:

“Çempionlar Liqasında səfərdə oynamaq hər zaman çətindir. Oyuna düzgün münasibət və yanaşma lazımdır. Bəzi futbolçular üçün bu, Çempionlar Liqasında debüt oyunu olacaq, amma onlar ən qısa zamanda buna öyrəşməlidirlər. Oyuna diqqət maksimum olmalıdır. Bunun vacibliyini “Valensiya” ilə oyunda (0:1) gördük. Həmin oyunda daha yaxşı tərəf olsaq da, bir anlıq geri çəkilib, nəzarəti itirdik və məğlub olduq. Bu dərsləri sürətli şəkildə öyrənməliyik. Heyətimizdə təcrübəli futbolçular var və onlar gənclərə kömək edirlər”.

“Lill” – “Çelsi” oyunu oktyabrın 2-də, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button