“Bu, çox kədərlidir” – “Qarabağ”ın müdafiəçisi

“Qarabağ”ın futbolçusu Marko Veşoviç Avropa Liqasının 1/8 final mərhələsində səfərdə “Bayer”ə 2:3 hesabı ilə məğlub olduqları cavab oyunu haqda danışıb.

Komanda.az xəbər verir ki, monteneqrolu müdafiəçi UEFA-nın saytına açıqlamasında tarixi şansı əldən verdikləri üçün çox təəssüfləndiyini deyib:

“Çox, çox məyus oldum. “Bayer”ə qarşı iki dəfə əla oynadıq və buna görə mükafatlanmadıq. Bu, çox kədərlidir. Qırmızı vərəqədən sonra “Bayer” kimi komandaya qarşı dayanmaq üçün böyük vəzifəmiz var idi. Dəqiqələr ötdükcə təzyiqi artırdılar. Bu mövsüm əla komandamızın olduğunu sübut etdik. Gələn il yenidən cəhd edəcəyik”.

“Qarabağ”la “Bayer” arasında Bakıda keçirilən oyunda 2:2 hesabı qeydə alınıb. Leverkuzendə ötən gecə oynanılan görüşdə isə “Qarabağ” 2:0 hesabı ilə öndə olsa da, son dəqiqələrdə buraxdığı qollara görə uduzub və iki oyunun nəticəsinə əsasən (2:3, 2:2), mübarizəni dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button