“Bu, bizim üçün zərbə oldu, çünki…” – Zidan

İspaniya La Liqasının 24-cü turu çərçivəsində öz meydanında “Selta”yla 2:2 hesablı bərabərliyə razılaşan “Real”ın baş məşqçisi Zinəddin Zidan açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı mütəxəssis, doğma meydanda xal itirdikləri üçün təəssüfləndiyini bildirib:

“Evdə iki xal itirdiyimiz üçün təəssüflənirik. Bu, bizim üçün zərbə oldu, çünki ikinci hissədə çox çalışmışdıq. Çox yaxşı və sürətli futbol göstərdik. Hələ də turnir cədvəlinin ilk pilləsindəyik. Bu, bizim üçün çox şey ifadə edir. Kiçik detallar belə çox vacib rol oynayır. Komanda olaraq mübarizə aparmağa davam edəcəyik. Fiziki olaraq pis vəziyyətəd deyilik, amma müdafiəni yaxşılaşdıra bilərik.

Eden Hazard zədədən sonra ilk oyununu bu gün keçirdi. Çıxışından razı qaldım. Onun bizə nə qədər fayda verəcəyini bilirik. 3 ay sonra eyni oynamaq asan deyil”.