“Bu, bizim üçün yaxşı nəticədir” – Setyen

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Napoli” ilə 1:1 hesablı bərabərliyə razılaşan “Barselona”nın baş məşqçisi Kike Setyen açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı mütəxəssis, katalonların oyunu ilə bağlı bunları deyib:

“Bu, bizim üçün yaxşı nəticədir, çünki cavab oyunu öz meydanımızda olacaq. İlk hissədə “Napoli” 10 nəfərlə müdafiə olunurdu. Kifayət qədər qol epizodu yarada bilmədiyimizlə razılaşıram. Amma bunun əzmkarlıq məsələsi olduğunu bilirdik.

Növbəti oyunda Arturo Vidalın xidmətindən istifadə edə bilməyəcəyik.

Jerar Pikenin vəziyyətinə gəlincə, onun ayaq biləyində zədəsi var. Amma vəziyyəti ilə bağlı dəqiq bir şey demək çətindir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button