“Görünür, “Barselona” azarkeşlərindən başqa, heç kim bu ayrılığa görə pis olmur”

“Bavariya”nın futbolçusu Tomas Müller Lionel Messinin “Barselona”dan mümkün ayrılığı ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman futbolçu, Messinin kataloniyalılardan ayrılmasının daha yaxşı olacağını düşünür:

“Görünür, “Barselona” azarkeşlərindən başqa, heç kim bu ayrılığa görə pis olmur. Əksinə, hər kəs bundan sonra yeni yolların açıla biləcəyini düşünür. Messi dünyanın ən yaxşı futbolçularından biri, hətta son yüz ilin ən yaxşısıdır. Hər kəsin bu məsələ ilə bağlı öz düşüncəsi var. Bu ayrılığı onun karyerasının sonu hesab edə bilərdik, amma indi işlər fərqli görünür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button