Maykon İtaliya klubunda

Braziliya yığmasının sabiq üzvü Maykon İtaliya klubuna transfer olunub.

Komanda.az xəbər verir ki, 39 yaşlı müdafiəçi D Seriyası təmsilçisi “Sona Kalsio”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Maykonla imzalanan müqavilənin detalları açıqlanmayıb.

Karyerası ərzində İtaliyada “İnter” və “Roma”, İngiltərədə “Mançester Siti” kimi komandalarda forma geyinən Maykonun son ünvanı Braziliyanın “Villa Nova” klubu olub. Müdafiəçi Braziliya yığmasında 76 oyuna 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button