Braziliya millisində yeni kapitan

Futbol üzrə Braziliya millisinin yeni kapitanı məlum olub.

Komanda.az xəbər verir ki, müdafiəçi Dani Alveş (PSJ) yığmanın yeni kapitanı olub. Bu barədə Braziliya Futbol Konfederasiyası (CBF) məlumat yayıb.

Millinin baş məşqçisi Tite bir müddət əvvəl Neymarın kapitanlıq sarğısını əlindən almışdı. Buna səbəb, braziliyalı hücumçunun PSJ-nin Fransa kubokunun finalında “Renn”ə məğlub olduğu oyundan sonra onu tənqid edən azarkeşi yumruqla vurması olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button