DÇ-2022: Braziliya yığmasının heyəti bilindi

Braziliya millisinin DÇ-2022-nin seçmə mərhələsində Ekvador (28 yanvar) və Paraqvaya (1 fevral) qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, yığmanın baş məşqçisi Tite heyətə 26 futbolçu dəvət edib:

Qapıçılar: Alisson (“Liverpul”), Ederson (“Mançester Siti”), Vaverton (“Palmeyras”);

Müdafiəçilər: Dani Alveş (“Barselona”), Emerson (“Tottenhem”), Aleks Sandro (“Yuventus”), Aleks Telles (“Mançester Yunayted”), Eder Militao (“Real”), Markinyos (PSJ), Qabriel Maqalhaes (“Arsenal”), Tiaqo Silva (“Çelsi”);

Yarımmüdafiəçilər: Kazemiro (“Real”), Fabinyo (“Liverpul”), Fred (“Mançester Yunayted”), Gerson (“Marsel”), Felippe Koutinyo (“Aston Villa”), Bruno Gimaraes, Lukas Paketa (hər ikisi “Lion”);

Hücumçular: Rafinya (“Lids”), Antoni (“Ayaks”), Everton Ribeyro (“Flamenqo”), Qabriel Jesus (“Mançester Siti”), Mateys Kunya (“Atletiko”), Qabriel Barbosa (“Flamenqo”), Rodriqo, Vinisius Junior (hər ikisi “Real”).