“Messi PSJ-yə keçsə…” – Kafu

Braziliya milli komandasının keçmiş futbolçusu Kafu, Lionel Messinin PSJ-yə keçəcəyi ilə bağlı iddialar haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq müdafiəçi, argentinalı futbolçunun Paris klubuna güc qatacağını deyib:

“Messi PSJ-yə keçsə, Kilian Mbappe və Neymarla güclü bir üçlük olardılar. Bu zaman PSJ bir çox klub üçün problem yarada bilərdi. Messi bir fenomendir. O, dünyanın ən cəlbedici futbolunu oynayır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button