Braziliya millisi Amerika kubokunda iştirak edəcək!

Braziliya milli komandasının futbolçuları iyunun 14-də start götürəcək Amerika kubokunda iştirak etməyi qəbul ediblər.

Komanda.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Braziliya millisinin üzvləri Amerika kubokunda oynamağa razılıq veriblər.

Bir müddət əvvəl Braziliya yığmasının futbolçuları koronavirus pandemiyasına yoluxma hallarının çoxluğu səbəbindən Amerika kubokunda oynamaqdan imtina etdiklərini açıqlamışdılar.

İyunun 14-də start götürəcək Amerika kubokuna ev sahibliyini Braziliya edəcək.