İddia: “Barselona” Çempionlar Liqasını qazanmasa, Setyeni onunla əvəz edəcək

Son olaraq “Tottenhem”i çalışdıran Maurisio Poçettino İspaniyada çalışa bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis yeni mövsümdən “Barselona”nı çalışdıra bilər. Komandadakı gələcəyi müzakirə edilən hazırkı baş məşqçi Kike Setyenin yerinə əsas namizədin Poçettino olduğu bildirilir. “Barselona” cari mövsümdə Çempionlar Liqasını qazana bilməsə, Setyen postundan göndəriləcək.

Setyenin “Barselona” ilə müqaviləsi 2022-ci ildə başa çatır.