“Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik” – Qurban Qurbanov

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Ağdamın Ermənistanın işğalından azad edilməsi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçi, “Qarabağ”ın təmsi etdiyi şəhərin azad edilməsi ilə bağlı bunları deyib:

“Bu gün bizim üçün çox böyük bir gündür. İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam şəhəri artıq bu gün işğaldan azad olunur. İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırov və digər şəhidlərimizin ruhu şaddır. Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik.

Bir daha başda cənab Ali Baş Komandan olmaqla ordumuza bizə bu hissləri yaşatdığı üçün təşəkkür edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button