“Böyük Dəbilqə”: Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazandı

Azərbaycanın daha bir cüdoçusu Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə”də gümüş medal qazanıb.

Komanda.az xəbər verir ki, 90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov finalda yaponiyalı Sanşiro Muraoya uduzub.

Beləliklə, yığma yarışı iki gümüş medalla başa vurub. Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) eyni mükafata sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button