“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları üçün uğursuz gün

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə medal qazana bilməyiblər.

Komanda.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan millinin üç üzvü fəxri kürsüdən kənarda qalıb.

İbrahim Əliyev (73 kq) birinci, Məhərrəm İmamverdiyev (81 kq) isə ikinci görüşdə uduzub. 81 kq çəki dərəcəsindəki digər təmsilçimiz Ömər Rəcəbli ardıcıl 3 rəqibini üstələsə də, 1/4 finalda və təsəlliverici görüşdə məğlub olub.

Azərbaycanın yarışın ilk günündə mübarizə aparan 8 cüdosundan ikisi fəxri kürsüyə yüksəlib. Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) bürünc medal qazanıblar.

Millimiz martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə 9 çəki dərəcəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button