“Böyük Dəbilqə”: Kotsoyev finalda

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində finala yüksəlib.

Komanda.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada serbiyalı Aleksandr Kukolla üz-üzə gələcək.

90 kq-da yarışan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradze ilə, 100 kq-dan yuxarı çəki dərəcəsindəki Camal Qamzatxanov isə macarıstanlı Riçard Sipoçla güləşəcək.

Bu gün mübarizəyə qoşulan digər 9 idmançı medal şanslarını itirib.

Daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button