Sabiq qapıçı Onananın səhvlərindən danışdı

“Mançester Yunayted”in keçmiş qapıçısı Ben Foster komandanın qolkiperi Andre Onananın səhvlərinə münasibət bildirib.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın sabiq qolkiperi “Manchester Evening News”-a açıqlamasında bunları deyib:

“Bəzi qapıçılar üçün heç nə etməmək və 10-15 dəqiqə topa toxunmamaq çətin ola bilər, sonra isə qəfildən komandanı xilas etmək məcburiyyətində qalırlar. Bu, vacib bir bacarıqdır. Düşünmürəm ki, Onana belə qabiliyyətə malikdir. Böyük anlar gələndə o, sakit və diqqətli olmalıdır”.

Onana bütün mövsüm ərzində buraxdığı səhvlərin sayına görə Premyer Liqada qapıçılar arasında liderdir. Onun son kobud səhvlərindən Avropa Liqasının 1/4 finalında “Lion”la ilk oyunda buraxdığı qolu xüsusi qeyd etmək lazımdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button