Marş, irəli!

Almaniyanın “Zalsburq” klubunun baş məşqçisi Cesse Marş yayda komandanı dəyişə bilər.

Komanda.az “Bild”ə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis “Borussiya”nın (Dortmund) “sükanı arxasına” keçə bilər. O, mövsümün sonunda komandadan ayrılacağı deyilən Lusyen Favrı əvəz edə bilər. Marşın Almaniya futboluna yaxşı bələd olduğu və Dortmund klubunda uğurlu olacağının düşünüldüyü bildirilir.

Marşın “Zalsburq”la müqaviləsi 2022-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button