“Borussiya”da yeni müqavilə – RƏSMİ

Almaniyanın “Borussiya” (Dortmund) klubu futbolçusu Lukaş Pişçeklə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı müdafiəçi ilə müqavilənin müddəti növbəti mövsümün sonuna qədər uzadılıb.

Qeyd edək ki, Pişçek 2010-ci ildən Dortmund təmsilçisində oynayır. O, daha öncə “Herta” və “Zaqlembe” klublarının da şərəfini qoruyub. Təcrübəli futbolçu Polşa yığmasında da 66 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button