“Bonuççi haqda elə fikirlər eşitmişəm ki…”

“Yuventus”un müdafiəçisi Leonardo Bonuççinin agenti Alessandro Luççi futbolçunun gələcək taleyi haqda danışıb.

Komanda.az ASSA-ya istinadən xəbər verir ki, o, “İnter” və “Latsio”nun maraqlandığı futbolçunu “qoca sinyora”nın lideri adlandırıb:

“Bonuççi haqda elə fikirlər eşitmişəm ki… Onun əsas arzusu “Yuventus”da qalmaqdır. Leonardo dünya miqyasında tanınan futbolçu, İtaliya milli komandasının kapitanı və “Yuventus”un lideridir.

Olaylar fərqli istiqamətdə cərəyan etsə, yalnız onun səviyyəsinə uyğun variantları nəzərdən keçirə bilərik”.

Öncədən “Yuventus”un müdafiəçini satışa çıxardığı haqda xəbər vermişdik.

Bonuççi 2022/23 mövsümündə Turin təmsilçisinin heyətində 26 oyuna çıxıb, iki qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button