BOK 2034-cü il Qış Olimpiya Oyunlarının hansı şəhərdə keçiriləcəyini açıqlayıb

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2034-cü il Qış Olimpiya Oyunlarının ABŞ-nin Solt-Leyk Siti şəhərində keçiriləcəyini açıqlayıb.

Komanda.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərar BOK-un Parisdə keçirilən 142-ci sessiyasında qəbul edilib.

BOK komissiyasının 83 üzvü qərarın lehinə, 6 nümayəndə isə əleyhinə səs verib.

Olimpiya Oyunları Solt Leyk Siti şəhərində ikinci dəfə keçiriləcək. Daha əvvəl 2002-ci ildə sözügedən şəhər yarışlara ev sahibliyi edib.

2030-cu ildə Qış Olimpiya Oyunları Fransa Alplarında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button