“Biz tarixdə qalmaq istəyirdik və bunu birlikdə etdik” – Mbappe

Fransa millisinin hücumçusu Kilian Mbappe AÇ-2024-ün seçmə mərhələsində Cəbəllütariq yığması ilə oyun (14:0) haqda danışıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, komanda ilə birgə qələbə rekordu qırdığına görə çox xoşbəxt olduğunu deyib:

“Ən böyük qələbə üçün rekordu qırmaq məqsədimiz var idi. Baş məşqçi bizə dedi ki, nəyəsə nail olmaq üçün çalışmalıyıq, ona görə də, bütün matç boyu diqqətimizi cəmləmişdik. Biz tarixdə qalmaq istəyirdik və bunu birlikdə etdik. Bundan gözəl heç nə yoxdur. Fransa milli komandasında çoxlu istedadlı uşaqlar var, ən böyük qələbə rekordunu qırmaq xüsusi bir şeydir. Karyeramda 300 qol vurmaq mənim üçün yeni mərhələdir.

Mən həmişə öz karyeramda tarix yazmaq istəmişəm. Bu, mənim üçün bir addımdır və komandam, klubum üçün həlledici rol oynamaqda davam etmək istəyirəm”.

Didye Deşamın komandası Avropa çempionatının seçmə mərhələ tarixinin ən böyükhesablı qələbəsini qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button