“Biz qələbə qazana biləcək komanda yaratmalıyıq” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın son nəticələrini şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın təkmilləşməli olduğunu söyləyib:

“Bizim hansısa köməyə ehtiyacımız var, amma ilk növbədə komanda və mən hərəkətə keçməliyik. Futbolçular hər oyunda təkmilləşdirməlidirlər. Mən bir neçə dəfə demişəm: futbolçular məsuliyyət daşımalıdırlar. Düzdür, mən məsuliyyətli olmalıyam, amma onlar da. Bu hər kəsə aiddir. Ola bilsin ki, bəzi məqamlarda gənclərdən daha çox yaşlı oyunçulardan daha çox şey gözləyirsən. Amma biz birlikdə irəliyə doğru addım atmalıyıq. Hansı yaşda olmağın fərqi yoxdur. Biz qələbə qazana biləcək komanda yaratmalıyıq”.

“Qırmızı şeytanlar” son 4 qarşılaşmada qələbə qazana bilməyib. Hazırda “Mançester Yunayted” 18 turdan sonra 28 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button