“Biz öz səviyyəmizdən çox uzaq idik” – Arteta

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 33-cü turunun “Mançester Siti” ilə görüşünü (1:4) şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, Mançester təmsilçisinin əla çıxış etdiyini deyib:

“Ən yaxşı komanda tərəfindən məğlubiyyətə uğradıq. Bu, dəqiqdir. Onlar əla çıxış etdilər. Bu gün biz “Mançester Siti”nin səviyyəsində oynaya bilmədik, bizim üçün çətin idi.

Onlarla qarşılaşmada döyüş sənətini bilərək qalib gələ bilərsən. İlk hissədə bunu bacarmadıq və cəzalandırıldıq. “Şəhərlilər” bizdən daha yaxşı idi. Rəqabət apara bilmirdik”.

İspaniyalı mütəxəssis “Bu məğlubiyyət çempionluq yarışına təsir edə bilər” sualını belə cavablandırıb:

“Çox çətin gecə oldu, uduzduq. Lakin ayağa qalxıb vəziyyəti daha geniş şəkildə araşdırmalıyıq. Qarşıda beş oyun var, hər şey ola bilər.

Premyer Liqada çalışdığım müddətdən bu yana nələrin ola biləcəyinə şahidlik etmişəm. Gəlin, etiraf edək: güclü komanda ilə oyunda uduzduq. Meydançada daha güclü olan tərəf qalib gəldi. Biz öz səviyyəmizdən çox uzaq idik”.

“Arsenal” hazırda İngiltərə çempionatının turnir cədvəlində 75 xalla birinci, “şəhərlilər” isə 73 xalla ikincidir. Xatırladaq ki, “Mançester Siti” iki oyun az keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button