“Biz oyunçulara üç dəqiqə yox, belə istirahət veririk” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp müdafiəçi İbrahima Konatenin Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun “Tuluza” ilə (5:1) oyununda iştirak etməməsinin səbəbini açıqlayıb.

Komanda.az RMC-yə istinadən xəbər verir ki, o, futbolçuya istirahətin gərək olduğunu bildirib:

“Mən Konate ilə bağlı hər şeyi bəyənirəm, amma problem ondadır ki, onun bir neçə zədəsi var. Didye Deşam onu Fransa yığmasının son iki matçında 90 və 87 dəqiqə oynamağa məcbur edib, ona görə də, ona bir az istirahət verdik. O, bu matçda oynaya bilərdi, amma bazar günü də oynamalıdır. Biz oyunçulara üç dəqiqə yox, belə istirahət veririk”.

“Liverpul” Avropa Liqasında 9 xal toplayıb və E qrupuna başçılıq edir. “Tuluza” “Union”la ikinci yeri bölüşür – hərəyə 4 xal.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button